Ata evdə yatdı, övladları avtomobildə öldü - FACİƏ
    • 15-06-2020, 12:19
    • 541

Ata evdə yatdı, övladları avtomobildə öldü - FACİƏ

Amerikanın Oklahoma ştatının Tulsa şəhərində iki azyaşlı uşaq avtomobildə ölü tapılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqların ölümünə səbəb atasınınonları 5 saat ərzində bağlı avtomobildə saxlaması olub. 

Polisin dediyinə görə, 31 yaşlı Dastin Li Dennis, şənbə günü günortadan sonra uşaqları ilə mağazaya gedib, sonra evə qayıdaraq yatıb. 

Təxminən beş saatdan sonra oyanan ata uşaqlatını tapa bilmədiyb. Daha sonra dörd yaşlı qızı və üç yaşlı oğlunu maşının döşəməsində huşsuz vəziyyətdə aşkarlayın.

Əraziyə gələn həkimlər uşaqların öldüyünü bildirib. Onların ölümünün səbəbi hələlik dəqiqləşdirilməyib.

D.L.Denis polis tərəfindən saxlanılıb.