Bakıda sərnişin avtobusu qatarla toqquşub: 1 məktəbli ölüb, yaralıların sayı 34-ə çatıb - VİDEO -YENİLƏNİB
    • 1-10-2018, 16:32
    • 947

Bakıda sərnişin avtobusu qatarla toqquşub: 1 məktəbli ölüb, yaralıların sayı 34-ə çatıb - VİDEO -YENİLƏNİB

Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır
Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 34-ə çatıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova  bildirib ki, yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.
O qeyd edib ki, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.
//report