"AirPods" QULAQDA PARTLADI
    • 18-06-2020, 11:26
    • 485

"AirPods" QULAQDA PARTLADI

Çində "AirPods" qulaqcığı telefonla danışarkən sahibinin qulağında partlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 23 yaşlı Zengzou sakininin sağ qulağının dərisini zədələnib.

Qulaqlıqcıların sahibi iki gün ərzində dərmanlarla müalicə olunub, lakin terapiyadan sonra da eşitmə problemlərindən şikayətlənib. Həkimlər qulaqda qanaxma izlərini də tapıblar.

"Apple" şirkətinin ortaq mağazalarının birindən alınan qulaqcıq məsələnin araşdırılması üçün şirkətə göndərilib.

Zərərçəkənin kompensasiya aldığı bildirilib.