-
- 5-03-2020, 11:56
- 2 538
"Sənin sayəndə yetimlik nədir bilmədik..." - ZÜLFİYYƏ QURBANOVA
Aktrisa Zülfiyyə Qurbanova sosial şəbəkədə bir neçə gün öncə dünyasını dəyişən anası haqda yazıb.
News24.az xəbər verir ki, Qurbanova məyusluğunu bu cür dilə gətirib: "Ay ana, sənin üçün o qədər darıxıram ki... Nə desəm, azdır. Adam istəyir dərdini əlinə alıb gəzsin. Bəlkə, sakitləşdi, dünyanın ən gözəl anası. Sənin sayəndə yetimlik nədir bilmədik. Həmişə deyirdin ki, adam atadan yox, anadan yetim qalır. Yetim qaldıq. Nə gözəl ana idin – ömrünü bizə sərf edən... Atamız, anamız, hər şeyimiz oldun. Gələcəkdə övladlarım olsa, onlara səndən keçmiş zamandakı kimi danışacam. Buna çox üzülürəm. Sevgin o qədər idi ki, heç kəsin sevgisi məni qane etmirdi. Səni çox sevirəm. Bundan sonra dünya yansa, üzülmərəm. Kimə nə olsa, yanmaram. Mənim üçün bu dünyada ən dözülməz dərd anamı itirmək idi. Od düşdüyü yeri yandırır. Sənin üçün çox darıxırq. Ölənədək darıxacam. Səni həmişə çox sevəcəm. Yaxşı ki, doğulmusan, anamız olmusan".
Sevda Bayramova