İlham Əliyev və Vladimir Putin arasında TELEFON DANIŞIĞI OLUB
    • 18-06-2020, 14:18
    • 683

İlham Əliyev və Vladimir Putin arasında TELEFON DANIŞIĞI OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin telefon danışığı baş tutub. 

News24.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, danışıq zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Həmçinin koronavirus pandemiyası ilə bağlı vəziyyətə və infeksiya ilə mübarizədə görülən tədbirlərə toxunulub.