Azərbaycanda yoluxma digər ölkələrlə müqayisədə çox-çox aşağıdır - TƏBİB
    • 18-06-2020, 19:03
    • 547

Azərbaycanda yoluxma digər ölkələrlə müqayisədə çox-çox aşağıdır - TƏBİB

"Bu gün yoluxma sayına baxsaq, digər ölkələrlə müqayisədə çox-çox aşağıdır".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın (OQ) brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, Çində, Türkiyədə yenidən karantin tətbiq edilib:"Türkiyədə hətta küçədə maskasız gəzmək qadağan edilib. Yox edilməsinin məhv olmasının bir yolu peyvənd və dərmanların olmasıdır. Bu isə hələ də yoxdur. Vaksin tapılsa belə, 5-6 ay sonra yenidən yaranması ola bilər. Covid 20, 21 də ola bilər. Təhlükə çox ciddidir, vəziyyət düzəlməsə daha çox vətəndaşımızı itirə bilərik".

Afaq Mirayiq