-
- 19-06-2020, 10:15
- 1 105
Qaradağın daş karxanasında MEYİT TAPILIB
İyunun 18-də saat 22 radələrində Qaradağ rayonu ərazisində yerləşən Şahqaya daş karxanaları kompleksində bir nəfər kişi meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Qaradağ rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib.
İlkin araşdırmalarla mərhumun son 8-10 il ərzində Şahqaya daş karxanaları kompleksi ərazisində yaşamaqla tüfeyli həyat tərzi keçirmiş “Saşa” adı ilə çağırılan şəxs olması müəyyən olunub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.