Xaçmazda avtomobil qəzası - ATA ÖLDÜ, OĞUL YARALANDI
    • 19-06-2020, 13:19
    • 521

Xaçmazda avtomobil qəzası - ATA ÖLDÜ, OĞUL YARALANDI

Xaçmazda iki avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iyunun 18-də saat 18 radələrində Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində kənd sakini A.Qadaşovun idarə etdiyi “Mercedes” və Qoçaqlı kənd sakini A.Nurəhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə A.Nurəhmədov və sərnişini olan atası Şahvələd xəstəxanaya yerləşdiriliblər. Ş.Nurəhmədov orada ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.