Saatlıda iki avtomobil TOQQUŞDU - ÖLƏN VAR
    • 10-09-2019, 15:10
    • 982

Saatlıda iki avtomobil TOQQUŞDU - ÖLƏN VAR

Saatlı rayonunun Qırağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sentyabrın 9-da saat 10 radələrində Saatlı rayonunun Qırağlı kəndi ərazisində Bakı şəhər sakini Z.Hüseynovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Saatlı rayon sakini Taleh İlqaroğlunun idarə etdiyi “VAZ-21074” markalı avtomobil toqquşub.

Nəticədə T.İlqaroğlu xəstəxanaya aparlılarkən yolda ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.