"Məni öldür, virusa inanmıram..." - VƏ NƏTİCƏ VƏTƏNDAŞ MƏSULİYYƏTSİZLİYİ - SORĞU VİDEO
    • 19-06-2020, 16:12
    • 1 032

"Məni öldür, virusa inanmıram..." - VƏ NƏTİCƏ VƏTƏNDAŞ MƏSULİYYƏTSİZLİYİ - SORĞU VİDEO

COVİD 19 infeksiyasının yoluxma sayının Azərbaycanda getdikcə artması səbəbindən iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində, eyni zamanda Abşeron rayonunda ciddi sərt karantin rejiminin tətbiqinə qərar verilib. Qərara əsasən iki həftə ərzində bir çox qurumlar, iaşə obyektləri, geyim mağazaları, açıq havada quraşdırılan idman məkanları öz fəaliyyətini dayandıracaq. 

Qərarlar arasında 65 yaşdan yuxarı şəxslərin çölə çıxmasına icazə veriləcək. Həmin günlərdə metropoliten, eləcə də içtimai nəqliyyatın fəaliyyət göstərəcəyi açıqlanıb. Bununla yanaşı, Dənizkənarı Bulvar və parklar da açıq olacaq. 

Verilən qərarla bağlı News24.az olaraq Bakı əhli arasında sorğu keçirmək qərarına gəldik.

Sözün düzü, respontlerin fikirləri arasında təəssüf doğuran, koronavirus infeksiyasına qarşı aparılan mübarizə və maarifləndirmə tədbirlərinə baxmayaraq əhali arasında hələ də bu virusa inanmayanlar və vətəndaş məsuliyyətsizliyini nümayiş etdirənlər də oldu. 

Sorğumuzda iştirak edənlərin cavabları müxtəlif oldu. Hətta koronavirusun insandan insan keçməyinə inanmayan da tapıldı: "Mən bu virusun insandan insana keçməsinə inanmıram. Məncə bu sudan keçir". 

Ataların bir deyimi var "El bir olsa, dağ oynadar yerindən"... Elə tam zamanı və yeridir deyib - bu atalar sözünü bir daha xatırladırıq. Əgər hər birimiz öz vətəndaş məsuliyyətimizi anlayıb qayda-qanunlara riayət etsək, o zaman Azərbaycana zaval yoxdur və biz bu virusa da qalib gələcəyik. Amma vətəndaş məsuliyyətsizliyinə yol versək, o zaman sonluq o qədər də ürək açıcı olmaya bilər... 

Daha ətraflı News24.az-ın hazırladığı video sorğudan biləcəksiniz:

Sevda Bayramova
VİDEO - Fərid Şabanov