Bu kafe və marketlər CƏZALANDIRILDI - FOTO
    • 19-06-2020, 16:55
    • 804

Bu kafe və marketlər CƏZALANDIRILDI - FOTO

Dünən keçirilən reyd zamanı 265 obyektdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. 

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) News24.az-a verilən məlumata görə, aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. 

Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə: 

Yasamal rayonunda “Avalon” ailəvi istirahət mərkəzi;
Nərimanov rayonunda “Lizzetta” restoranı və “Dəniz” market;
Binəqədi rayonunda “Orxan” və “Unimart” marketlər.
 
Digər rayon və şəhərlər üzrə: 


Xaçmaz rayonunda Bəşirova İlhamə Ramin qızı və Məmmədov İslam Sabir oğluna məxsus kafeler (hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır);
Bərdə rayonunda “Sahil” restoranı, fiziki şəxslər Quliyev Mədət Malçı oğlu, Zeynalov Arif  Ənvər oğlu, Mahmudov Mahmud Şükür oğlu və Kərimov Murad Maarif oğluna məxsus kafeler ;
Gəncə şəhərində “Xanımın dükkanı”, “Asim” market, “Yeni market”, Quliyev Əli Sovet oğluna məxsus market, “Gəncə Əyləncə” restoranı, “Fantan” yeməkxanası, “Yeni Həyat” kafesi, “Muğan” restoranı, Məmmədov Fikrət Hidayət oğluna məxsus yeməkxana, Həsənli Tahir Fəxrəddin oğlu və Abdullayev Novruz İlham oğluna məxsus kafe;
Masallı rayonunda “Sevimli” və “Buta” market;
Salyan rayonunda “Al market”, Qurbanov Kənan Alim oğluna məxsus kafe, Qasımova Sədaqət Böyükağa qızı, Əliyev Sadiq Məmmədağa oğlu, Hacıyeva Laləzar Məhəmmədəli qızına məxsus marketlər;
Neftçala rayonunda Mayılzadə Nurlan Mehman oğlu, Qəfərov Şirinbala Eynulla oğlu, Ələkbərov Cəmil Əsgər oğlu, Həsənov Ziyafət Habil oğlu və Nəzirov Əli Əziz oğluna məxsus ərzaq mağazaları;
Göyçay rayonunda “Zeynəb”, “Bir İnci” restoranları, “Oskar” market, Novruzov Samir Çingiz oğluna məxsus ərzaq mağazası və Baxışov Xəyal Əlicabbar oğluna məxsus ət satışı mağazası ;
Qəbələ rayonu, Zarağan kəndində Xancanov Rəsul Eyvaz oğluna məxsus market;
Şəki şəhəri, Kiçik Dəhnə kəndində Musayev Heydər Heyyət oğluna məxsus kafe;
Balakən rayonunda Sultanova Aygün Kamil qızına məxsus çörək istehsalı və satışı müəssisəsi;
Qazax rayonunda “Avey” restoranı;
Quba rayonunda “Quba”, “Ekanom” marketləri və Mirzəxanov İftixar Yaşar oğluna məxsus market.