Bakıda intihara cəhdin qarşısı alınıb
    • 20-06-2020, 10:46
    • 1 142

Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda bir nəfərin intihar cəhdinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.