Bakıda intihara cəhd - BİNANIN DAMINA ÇIXIB...
    • 15-10-2019, 09:18
    • 1 081

Bakıda intihara cəhd - BİNANIN DAMINA ÇIXIB...

Bakıda intihara cəhd hadisəsi qeydə alınıb. 

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.