Rayonlarda qohumlar koronaviruslu xəstələri ZİYARƏT EDİRLƏR
    • 20-06-2020, 12:17
    • 720

Rayonlarda qohumlar koronaviruslu xəstələri ZİYARƏT EDİRLƏR

"Hətta koronavirusa yoluxan həkimlər belə adlarının çəkilməsini istəmirlər".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. O bildirib ki, bu yanlış hərəkətdir:"Bu respirator xəstəlikdir, insan sağalandan sonra evə buraxılır. 39 dərəcə qızdırması olan xəstələr koronavirus diaqnozundan utandıqları üçün həkimə müraciət etmirlər. Biz xəstələrə 21 günü tamamlanmağı, işə çıxmamağı tövsiyə edirik. Amma rayonlarda testi pozitiv çıxan qohumuna dəyməyə gələn insanlar var". 

Afaq Mirayiq