Bəhram Bağırzadənin həyat yoldaşından - AÇIQLAMA
    • 20-06-2020, 16:38
    • 1 702

Bəhram Bağırzadənin həyat yoldaşından - AÇIQLAMA

“Bəhram Bağırzadənin səhhəti yenə də eynidir”.
 
News24.az xəbər verir ki, bunu Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.
 
“Təəssüf ki, səhhətində heç bir yaxşılaşma yoxdur, vəziyyəti stabildir, eynən ağır olaraq qalır” – deyə o, qeyd edib.
 
Xatırladaq ki, Əməkdar artist B. Bağırzadə koronavirusa yoluxub. O, hazırda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsindədir. APA