-
- 22-06-2020, 13:06
- 2 570
Prezident yerüstü keçidin açılışında İŞTİRAK ETDİ - FOTOLAR - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonu, Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.
News24.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov piyada keçidinin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, yüksək zövq, tam fərqli görkəm, müasir texnologiyalar əsasında inşa olunan bu keçid paytaxtda yeni piyada keçidlərinin tikintisi ilə bağlı aparılan kompleks işlərin tərkib hissəsidir.
Yeni inşa olunan piyada keçidi Heydər Əliyev Parkının yaxınlığında yerləşir. 2000-ci ildə salınan və həmin il açılışında ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi bu park rayon sakinlərinin ən sevimli istirahət məkanıdır.
Qeyd edək ki, bu keçidin inşasına qədər ərazidə piyadalar üçün çox böyük çətinliklər olurdu. Onlar xüsusən günün pik saatlarında yolu keçməkdə problemlə üzləşirdilər. Bundan başqa, piyadaların bu ərazidə yolu keçməsi nəqliyyat vasitələrinin hərəkətinə də mane olurdu. Beləliklə, ərazidə piyadalar təhlükə, avtomobillər isə tıxacla qarşılaşırdılar. Yeni keçidin inşası bütün bu problemləri həll edib. Burada fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb. Bu qurğunun inşası qısa müddətə, eyni zamanda, yüksək keyfiyyətlə aparılıb. Yeni keçid müasir görünüşü ilə fərqlənir.
Prezident İlham Əliyevə, həmçinin məlumat verildi ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrliyində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə əsas yolun hərəkət hissəsi genişləndirərək zolaqların sayı 4-ə çatdırılıb. Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxacların aradan qaldırılması məqsədilə icra edilən bu layihə çərçivəsində “20 Yanvar” dairəsində yolun hərəkət hissəsi 10 metrə qədər, magistral yol Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissədə isə hər iki istiqamət üzrə 1 hərəkət zolağı enində genişləndirilib.
Qeyd edək ki, avtomobil yollarında piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə hərəkətin intensiv olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına xüsusi diqqət yetirilir. Son dövrlərdə paytaxtda bu istiqamətdə görülən işlərə nəzər salsaq, bunun şahidi olarıq. Belə ki, 2018-2019-cu illərdə Bakıda və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidi istifadəyə verilib. 2020-ci ilin əvvəlindən indiyədək paytaxtda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində və Neapol küçəsində yerüstü piyada keçidləri inşa olunub. Hazırda Azadlıq prospekti, Qala-Pirallahı, Mərdəkan-Buzovna, Bakı-Sumqayıt yollarında və digər ərazilərdə piyada keçidlərinin inşası yekunlaşmaq üzrədir. Bundan başqa, bir neçə yerdə isə bu cür qurğuların tikintisi davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev görülən işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.
*** 11:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.
News24.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
***
Prezident yerüstü keçidin açılışında iştirak etdi İyunun 22-də Əhmədli qəsəbəsi Ukrayna dairəsində yeni yerüstü piyada keçidinin açılış mərasimi keçirilib.
News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlət başçısı müasir standartlara cavab verən piyada keçidi ilə tanış olub.