Koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir - FOTO
    • 22-06-2020, 11:56
    • 485

Koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir - FOTO

Ölkəmizdə tətbiq olunan karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə əhalinin sanitar-karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görür.

Növbəti belə tədbirlərdən biri də Ağstafada baş tutub. Sanitar rejiminin qaydalarına riayət etmək məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırıb. Eyni zamanda vətəndaşlara tibbi maskalar paylanılıb.