Beyləqan, Qazax, Qəbələ və Yardımlıya yeni PROKURORLAR TƏYİN EDİLDİ
    • 22-06-2020, 15:57
    • 582

Beyləqan, Qazax, Qəbələ və Yardımlıya yeni PROKURORLAR TƏYİN EDİLDİ

Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Baş prokurorluqdan News24.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Behruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdiriləcək.