10 kq-dan çox narkotik vasitənin satışının QARŞISI ALINDI
    • 22-06-2020, 16:06
    • 879

10 kq-dan çox narkotik vasitənin satışının QARŞISI ALINDI

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb. 

News24.az
xəbər verir ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabunçu rayonu Maştağa qəsəbə sakinləri, Elşad Nəbiyev və Müşfiq Xalıqov saxlanılıblar. Şəxsi axtarış aparılan zaman M.Xalıqovdan 1 kiloqram 25 qram heroin, 500,171 qram psixotrop maddə metamfetamin, E.Nəbiyevdən isə 50,375 qram  heroin aşkar olunaraq götürülüb.

Əməliyyat ədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən E. Nəbiyevin Maştağa qsəəbəsində yerləşən evindən  1 kiloqram 80 qram metamfetamin, 5 kiloqram 10 qram qurudulmuş marixuana və 3 kiloqram 75 qram heroin aşkar olunub. Beləliklə sonuncu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 10 kiloqram  740 qram narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.  

Araşdırma zamanı müəyyən olunub ki, E.Nəbiyev və M.Xalıqov hələlik adı istintaqa məlum olmayan “Şəhram” adlı İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində qəbul ediblər və yaşadıqları evdə gizlədiblər. Onlar  narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli imiş.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar.  Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.