-
- 24-06-2020, 19:52
- 814
ŞAD XƏBƏR: İyulun 1-dən Bakı-İstanbul-Bakı aviareysləri HƏYATA KEÇİRİLƏCƏK
Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 1 iyul tarixindən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə isə Türk Hava Yollarının (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək.
News24.az-ın məlumatına görə, digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələ biləcəklər.
AZAL-ın reysləri həftənin cümə axşamı və şənbə günlərində, THY-nın reysləri isə çərşənbə və cümə günlərində icra olunacaqdır.
Reyslərə aviabilet satışı AZAL (www.azal.az) və THY-nın (www.turkishairlines.com) rəsmi internet səhifələri vasitəsilə həyata keçiriləcəkdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Türkiyənin və digər ölkələrin ali təhsil müəssisələrində təhsil alan və ya təhsilini başa vuran Azərbaycan Respublikası vətəndaşları olan tələbələr üçün AZAL-ın İstanbul-Bakı istiqamətində reysinə olan biletin qiymətinə 30%-lik güzəşt tətbiq olunacaqdır.
Bu kateqoriyaya aid vətəndaşlar AZAL-ın onlayn bilet satışı portalında bilet sifariş edərkən təhsil aldıqları ölkənin müvafiq miqrasiya orqanı tərəfindən verilmiş həmin ölkədə tələbə kimi müvəqqəti yaşama hüququnu təsdiq edən sənədi təqdim etməlidirlər. Bu məqsədlə hazırda portalda müvafiq texniki işlər aparılır.
Bu güzəşt müstəsna halda bir dəfə üçün nəzərdə tutulur və tələbələrin gələcəkdə təhsil aldıqları ölkələrə təkrar uçuşları zamanı tətbiq olunmayacaqdır.
Bakı-İstanbul reysinə yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılır.
İstanbul-Bakı istiqamətində uçan sərnişinlər uçuşdan əvvəl 48 saat ərzində Türkiyə Səhiyyə Nazirliyi tərəfindən COVİD-19 testindən keçmək üçün tövsiyə olunmuş tibb müəssisələrində testdən keçməli və hava limanında qeydiyyatdan keçərkən mənfi nəticə barədə arayışı təqdim etməlidirlər.
Digər ölkələrdən gələn vətəndaşlar olduqları ölkənin Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumu tərəfindən şəhadət verilən laboratoriyalarda və ya Türkiyə ərazisində müəyyən olunmuş laboratoriyalarda COVİD-19 müəyinəsindən keçmələri barədə arayışı təqdim edə bilərlər.
Bakıya uçub gələn bütün sərnişinlər təyyarənin göyərtəsində onlara təqdim olunacaq iltizam sənədi vasitəsilə Azərbaycanda qaldıqları yerdə özlərini iki həftəlik müddət ərzində təcrid edəcəkləri barədə öhdəlik götürməlidirlər. Onlar özünütəcriddə qaldıqları müddətdə 8103 SMS İcazə Sistemi vasitəsilə olduqları yeri tərk edə bilməyəcəklər. Bu tələbə əməl etməyərək karantin qaydalarını pozan şəxslər Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.
COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. Bütün sərnişinlərin Azərbaycan Hava Yolları aviaşirkətinin müvafiq videotəlimatı (https://www.youtube.com/watch?v=-s-0s4o1L2M&feature=emb_title) ilə tanış olması və bu qaydalara ciddi şəkildə riayət etməsi tələb olunur.