Bakıdan Sumqayıta qədər mağazaların hamısı bu müğənninindir? - VİDEO
    • 2-10-2018, 13:46
    • 634

Bakıdan Sumqayıta qədər mağazaların hamısı bu müğənninindir? - VİDEO

6 dəfə verilişə dəvətdən imtina edən xalq artisti Sabir Əliyev, nəhayət, "5/5"ə gəlib.

İllərin sənətkarı sözügedən proqramda barəsində gəzən bəzi şayiələrə də aydınlıq gətirib.

Xalq artisti "böyük biznesi var" kimi söz-söhbətlərin şayiədən başqa bir şey olmadığını bildirib:

"Deyirlər Bakıdan Sumqayıta kimi nə qədər mağaza var, mənimdir. Allah ağzınızdan eşitsin. Amma elə deyil".
Sabir Əliyevin mövzu ilə bağlı geniş açıqlaması videoda: