Övladlarınız üçün YENİ ÜNVAN: "NOVATOR" - FOTO - VİDEO
    • 26-06-2020, 13:30
    • 1 356

Övladlarınız üçün YENİ ÜNVAN: "NOVATOR" - FOTO - VİDEO

Dünyanın hər bir yerində, ictimai inkişafın hər bir mərhələsində cəmiyyətin təhsillə üzvi bağlılığı mütləq ki, olub və var. Gənc nəsillərin tədrisi, öyrədilməsi, maarifləndirilməsi ən qədim fəaliyyətlərdən hesab olunur. Ola bilsin ki, bəzi cəmiyyətlər təhsil fəaliyyəti və qurumları üçün kifayət qədər resurs səfərbər edə bilməsin, ancaq hamı təhsilin ictimai həyatda mərkəzi rolunu qeyd-şərtsiz qəbul edir. Təhsil – əsrlər, minilliklər keçsə belə əhəmiyyətini itirməyib, əksinə daha da artıb.  Təhsil üçün atılan hər bir addım təqdirlayiq və arzuolunandır. Elə “Novator” Tədris Mərkəzi kimi.   

News24.az
xəbər verir ki, “Novator” adlanan Tədris Mərkəzi bu ilin yanvar ayından işə başlayıb. Mərkəzin rəhbəri Aytən Yadigarova bildirib ki, burada məktəbəqədər hazırlıq proqramları, abituriyent hazırlıqları, dil kursları kimi xidmətlər göstərilir: “Dil kurslarımıza ingilis, rus, fransız və alman dilləri daxildir. Fərqimiz ilk növbədə keyfiyyətimizdədir. Yüksək ixtisaslı müəllimlərimiz var. Təlim prosesində istifadə olunan bütün avadanlıqlar yüksək keyfiyyətlidir. Mərkəzimiz bütün texniki avadanlıqlarla təchiz edilib”.
                         
A.Yadigarova qeyd edib ki, dil kursları üzrə xüsusi olaraq ingilis, rus, alman dilləri üçün kitablar aidiyyatı olan ölkələrdən sifariş edilir. Mərkəz rəhbəri həmçinin vurğulayıb ki, “Novator” Tədris Mərkəzində yaş həddi 4-18 yaş arasındadır: “Dörd yaşından etibarən uşaqlar məktəbəqədər hazırlığa gələ bilərlər. Əgər məktəbəqədər hazırlıq istəmirlərsə, o zaman hər hansı bir kurs ilə fərdi şəkildə də məşğul ola bilərlər. Misal üçün rəsm, şahmat, öyrən-yarat kimi yaradıcı kurslarımız var”.

Aytən Yadigarova bildirib ki, kursda ödənişlər yüksək deyil: “Biz hazırda pandemiya ilə bağlı olaraq kampaniya təşkil etmişik. Belə ki, avqust ayının 1-nə qədər 2020-2021-ci illərdə tədris ili üçün qeydiyyat olmaq istəyən vətəndaşlara 50 faiz endirim edirik”.

“Novator” Tədris Mərkəzinə dil kursları üzrə xaricdən müəllimlərin dəvəti də həyata keçiriləcək. Mərkəz rəhbəri deyib ki, xüsusi olaraq dil kurslarının danışıq klubu üçün xarici müəllimlərin dəvət edilməsi ilə bağlı layihə var. 

Bildirilib ki, bu mərkəzdə həmçinin xaricdə təhsil almaq istəyənlər də xidmət göstərəcək: “Gələcək layihələrimizdən biri də xaricdə təhsillə bağlıdır. Uşaqların arzu etdikləri xarici universitetlərdə təhsil almaları üçün şərait yaradılacaq”.

“Novator” Tədris Mərkəzinin ünvanı: Nəsimi rayonu Abbas Səhhət küçəsi 40. 

Əlaqə nnömrələri – 012 - 310-55-85, 051-499-98-96 

https://www.instagram.com/novator_tm/