Bakıda mənzildən 66 yaşlı qadının MEYİTİ TAPILDI
    • 27-06-2020, 10:25
    • 424

Bakıda mənzildən 66 yaşlı qadının MEYİTİ TAPILDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

News24.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Məmmədova Leyla Hətəm qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.