-
- 2-10-2018, 13:06
- 3 809
İnsan niyə qaşınır?
Qaşıntı elmindən söhbət gedirsə, indiyə qədər bu tibbi sirrə yalnız səthi nəzər salmışıq, lakin tibbin bir o qədər də əhəmiyyətli sayılmayan bu sahəsi, insan beyni haqqında bilmədiyimiz məlumatları üzə çıxarıb.
Gəlin qaşınma ilə bağlı faktlara nəzər salaq:
1.Gün ərzində təxminən 97 dəfə bədənimizi qaşıyırıq
Araşdırmalar göstərir ki, gündə təxminən 100 dəfə qaşınırıq.
Yəqin bunu oxuyan zaman yenə bir-iki yeriniz qaşındı. Utanmayın, heç kim sizi görmür.
2. Heyvanlar və ya bitkilərin səbəb olduğu qaşınmalar dəridə onlardan qalan toksinlərdən yaranır
Toksinlər, bədənin immun reaksiyasının bir hissəsi olan histaminlər buraxır. Bu isə sinir liflərinin beyinə qaşınma siqnalları göndərməsinə səbəb olur.
3. Qaşıntıların öz sinir şəbəkəsi olur
4.Amma qaşıntı siqnalları çox ləng hərəkət edir
Fotonun müəllifiGETTY IMAGESSon zamanlara qədər düşünürdük ki, qaşıntı və ağrı eyni kanalları bölüşürlər. Lakin 1997-ci ildə qaşıntının öz xüsusi sinir liflərinə malik olduğu aşkarlanıb.
Hər bir sinir lifinin fərqli sürəti var, məsələn, toxunma siqnalının sürəti saatda 322 kilometrdir.
"Ani ağrı" isə (təsadüfən isti qazana toxunduğunuz zaman yaranan ağrı) saatda 129 kilometr sürətlə hərəkət edir.
Qaşıntı üçün iməkləyir demək daha doğru səslənər: saatda 3 kilometr - yerimək sürətindən belə az.
5.Əsnəmək kimi qaşınma da keçicidir
Alimlər, bir neçə siçana özünü qaşıyan siçan videoları göstəriblər.
Videonu izləyən siçanlar da bədənlərini qaşımağa başlayıblar.
6.Keçici qaşıntı beyində superxiasmatik nüvə adlı çox kiçik bir hissədə hərəkətə gəlir
Nevroloqlar hələ də beynin bu qədər kiçik bir hissəsinin qaşıntını görüb yaymasını izah edə bilməyiblər.
7. Qaşıntı bədəndə qaşıntı yaradan "işğalçılara" qarşı ən yaxşı vasitədir
Bu yolla sancan həşəratlar və ya zəhərli bitkiləri uzaq tutmaq olur.
Qaşıntı eyni zamanda qan damarlarını genişləndirərək ağ qan hüceyrələri və plazmanın işğalçı toksinləri yuyub aparmasını təmin edir.
Buna görə də dəri qızarır və səpir.
8. Qaşıntı, beyində serotonin hormonu ifraz etdiyinə görə həzz yaradır
Alimlərə görə, rifah və xoşbəxtlik kimi hissləri yaradan nevro-ötürücü serotonin hormonudur.
Bədəndə serotonin nə qədər çox olarsa, özünüzü bir o qədər xoşbəxt hiss edərsən. Elə buna görə də bəzən qaşımağı dayandırmaq istəmirik.
9.Qaşımaq üçün ən yaxşı yer dabandır...
..2012-ci ildə British Journal of Dermatology jurnalında dərc olunan araşdırmada belə deyilir.
Nəticələr göstərib ki, qaşıntı daha çox dabanda hiss olunur. Amma daban həm də daha çox ləzzət alınan və daha uzun qaşımaq istənilən yerdir.
Etiraf edin, yoxlamaq üçün dabanınızı qaşıdınızmı?
10.Qaşındıqca hey qaşınır
Qaşınan zamanı ehtiyatlı olun!
Qaşıdıqca dəri əlavə histamin ifraz edərək beyində daha çox qaşıntı siqnalları göndərir.
Lap çox qaşıdıqda isə dərini zədələmək mümkündür. Nəticədə pis yaraya səbəb ola infeksiyalara yoluxmaq təhlükəsi var.
11.Qaşıntı və qaşıma sikli psoriaz (sədəf xəstəliyi) və ekzema kimi dəri problemlərində çətinlik yaradır
Histaminin təsirlərini azaltmaq və qaşınma hissi ilə mübarizə aparmaq üçün belə xəstələrə adətən antihistamin dərmanlar yazılır.
12.Xroniki qaşıntı xroniki ağrıya bənzədilir
Tibbi tədqiqatçılar müəyyənləşdiriblər ki, narahatedici qaşıntıdan əziyyət çəkən insanlar, xroniki xəstəliklərə yoluxmuş xəstələrin hiss etdiyi qədər ağrı və stress yaşayırlar.
Archives of Dermatology adlı jurnalda nəşr edilən bir araşdırmaya əsasən, həftələr, aylar və hətta illərlə davam edən qaşıntıdan əziyyət çəkən insanlar, xroniki ağrılar yaşayan insanlarla eyni ruh düşkünlüyünə malikdirlər.
Araşdırmanın müəllifləri deyirlər ki, xroniki qaşıntı "dərinin ağrıya bənzər vəziyyətidir".
Və davamlı qaşıntını qulaqardına vurmaq olmaz. Xroniki qaşıntı qaraciyər xəstəliyi və limfoma kimi problemlərin carçısı ola bilər.