“Bakı Metropoliteni”nin daha bir vəzifəli şəxsi VƏFAT ETDİ
    • 27-06-2020, 11:01
    • 560

“Bakı Metropoliteni”nin daha bir vəzifəli şəxsi VƏFAT ETDİ

​​​​Bakı Metropoliteni" QSC-nin “Xalqlar Dostluğu” stansiyasının rəisi İlqar Əliyev vəfat edib. 

News24.az xəbər verir ki, bunu qurumun mətbuat katibi Bəxtiyar Məmmədov təsdiq edib. 

İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib.

Xatırladaq ki, bir qədər əvvəl Bakı metrosunun Hərəkət xidmətinin rəisi Etibar İsayev də ürəktutmadan vəfat etmişdi.

Xəbəri ilk olaraq modern.az yayıb.