SON DƏQİQƏ: 5 JURNALİST KORONAVİRUSDAN ÖLDÜ
    • 12-05-2020, 12:55
    • 1 017

SON DƏQİQƏ: 5 JURNALİST KORONAVİRUSDAN ÖLDÜ

Rusiyada 5 jurnalist yeni növ koronavirusdan (COVID-19) ölüb.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib.

O, 200 jurnalistin COVID-19-a yoluxduğunu açıqlayıb.

“Bir müddət əvvəl rəqəmlər açıqlandı. Dünyada 60-a yaxın jurnalistin koronavirus infeksiyasından həyatını itirdiyi bildirilib. Rusiyada 5 jurnalist xəstəlikdən həyatını itirib. Bununla bərabər, 200 nəfərə yaxın jurnalistimiz virusa yoluxub”, - deyə V. Solovyov qeyd edib.