-
- 2-05-2020, 01:50
- 973
Koronavirusun 55 QURBANI
Koronavirus pandemiyası bugünədək 23 ölkədən olan 55 jurnalistin həyatına son qoyub.
News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə müstəqil PEC təşkilatı məlumat yayıb.
Məlumatda bildirilib ki, ən çox KİV nümayəndələrinin həyatı xüsusi risk altındadır. Çünki, onlar pandemiya dövründə xəstəxanalardan, hadisə yerindən ictimaiyyətə məlumat verməli, həkimlərdən, tibb bacılarından və pasiyentlərdən müsahibə almalıdırlar.
Qeyd edək ki, pandemiyadan jurnalist ölümü ən çox Ekvadorda qeydə alınıb. Burada 9 media nümayəndəsi COVİD-19-un qurbanı olub. Bundan başqa ABŞ-da səkkiz, Braziliyada dörd, İspaniya və Birləşmiş Krallıqda üç jurnalist koronavirusdan həyatını itirib. Rusiyada Permdən olan 36 yaşlı jurnalist Anastasiya Petrova da bu virusa yoluxub.