"Koronaviruslu xəstələrin apteklərə üz tutması yolverilməzdir" - OPERATİV QƏRARGAH
    • 30-06-2020, 18:24
    • 2 561

"Koronaviruslu xəstələrin apteklərə üz tutması yolverilməzdir" - OPERATİV QƏRARGAH

Simptomsuz şəraitdə olan şəxslərin müalicəsi üçün dərmanların evlərə çatdırılması nəzərdə tutulur. 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin aparatının rəhbəri Nadir Zeynalov bildirib.

Onun sözlərinə görə, xəstə insanların apteklərə üz tutması yolverilməzdir: "İnsanlar dərman preparatları ilə təmin ediləcək. Bunun üçün poliklinikalara müraciət ediləcək". 

Afaq Mirayiq