"Koronavirusa yoluxmuş xəstələrin dərman təchizatı təmin olunacaq"
    • 30-06-2020, 18:36
    • 723

"Koronavirusa yoluxmuş xəstələrin dərman təchizatı təmin olunacaq"

Bu gün kliniki simptomları olan və çarter reysləri ilə gətirilən vətəndaşlar üzərində testlər aparılır. 

News24.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib: "Hazırda 23 laboratoriyamız var, lakin qarşıdakı günlərdə test sayı artacaq. Hazırda da test saylarımızın artması müşahidə olunur".

O bildirib ki, sms icazələrdə məhdudiyyətin tətbiqində məqsəd xəstəliyə yoluxmaların azalmasıdır. 

“Ev şəraitində müşahidə və müalicə ancaq simptomsuz və koronavirusun yüngül əlamətləri olan şəxslər üçün nəzərdə tutulur”.
 
Bu sözləri Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib. 

N. Zeynalov deyib ki, simptomsuz xəstələrin müalicəsi, yüngül əlamətləri olan xəstələrin isə əsasən vitaminlərlə təchiz olunması nəzərdə tutulur: “Bu dərmanların poliklinikalar vasitəsi ilə yoluxmuş şəxslərə çatdırılması nəzərdə tutulur. Koronavirusa yoluxmuş xəstələrin evdən çıxmaması lazımdır, dərman təchizatı təmin olunacaq”.


Afaq Mirayiq