"Əlimizdən gələn qədər çalışacağıq ki, xəstəlik pik həddə çatmasın" - YAQUT QARAYEVA
    • 30-06-2020, 19:03
    • 719

"Əlimizdən gələn qədər çalışacağıq ki, xəstəlik pik həddə çatmasın" - YAQUT QARAYEVA

Bugünki gündə vətəndaşlardan PZR testləri aparılır. Qızdırması olan hər bir vətəndaşın testini aparırıq. 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O, testlərin düzgün olmayan cavab göstərməsi ilə bağlı məsələyə münasibət bildirib: "ÜST də tövsiyə edir ki, PZR testinin həyata keçirilməsi vacib deyil. Növbəti hətfədə laboratoriyalar gətiriləcək. Xəstəliyin digər simptomları üzrə testlərin aparılması təmin ediləcək. Ölkəmizdə hadisələrin ən pis gedişatı üçün variantlar hazırlanıb”.

Y. Qarayeva deyib ki, yoluxanların sayının pik həddə çatmasını gözləmirlər: “Biz prosesin idarə edilməsinə, itkilərin minimum olmasına çalışırıq. Bu, çox ciddi xəstəlikdir. Amma biz əlimizdən gələn qədər çalışacağıq ki, xəstəlik pik həddə çatmasın. Tədbirlər elə görüləcək ki, yoluxma nəzarətdə saxlansın və xəstələr müalicə olunsun”.

Afaq Mirayiq