"Onlar bizi qoruyurlar, Allah da onları qorusun" - Fidan Hacıyevadan
    • 2-07-2020, 12:21
    • 4 448

"Onlar bizi qoruyurlar, Allah da onları qorusun" - Fidan Hacıyevadan "Mənim polisim" - VİDEO

“Qürur hissi keçirirəm ki, bu çətin günlərdə həkimlərimiz kimi polislərimiz də vətəndaşlarımıza xidmət edirlər. Onlar bizi qoruyurlar, Allah da onları qorusun”.

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Nümunəvi göstərici Hərbi Orkestrinin mahnı ansamblının rəisi Kapitan Fidan Hacıyeva Polislərin peşə bayramına həsr etdiyi kompazisiya haqda danışarkən deyib. F.Hacıyeva vurğulayıb ki, pandemiya zamanı həkimlərin və polislərin xidməti onu təsirləndirib: “Gözəl bəstəkarımız Arif Məlikovun tələbəsi olan Sevda Rəhimovanın bəstəsi və Xalq yazıçımız Vahid Əzizin sözlərinə “Mənim polisin” adlı əsər yarandı”.

Fidan Hacıyeva bildirib ki, pandemiya ilə əlaqədar olaraq klipdə rol almayıb: “Əsər 1 aya başa gəlib. Klipdə isə özüm yoxam. Çünki pamdemiya ilə bağlı çəkiliş etmədik. Əsəs odur ki, mən öz səsimlə, varlığımla, içimdəki hissiyatımla bu işi gerçəkləşdirə bildim. Klipin ərsəyə gəlməsi üçün Daxili İşlər Nazirliyinə müraciət etdik. Sağ olunsunlar ki, arxiv görüntüləri bizə təqdim etdilər”.