-
- 3-07-2020, 16:30
- 460
Sərt karantinə görə məhkəmələr təxirə salınır
Ali Məhkəmənin Plenumu xüsusi karantin rejiminin sərtləşdirildiyi günlərdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Goranboy, Göygöl, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə tövsiyələr hazırlayıb.
News24.az-a xəbər verir ki, tövsiyələrə əsasən təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirləri ilə bağlı məsələlər, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınır.
Həbsdə olan şəxslər barəsində apelyasiya instansiyası məhkəmələrinin icraatında olan cinayət işlərinə və digər materiallara baxılması təmin ediləcək.
İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdiriləcək.
Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdiriləcək.
Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul ediləcək.
Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunacaq.Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçiriləcək. Məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrinin, o cümlədən apelyasiya və kassasiya şikayətlərinin yalnız poçt vasitəsilə və ya elektron şəkildə qəbulunu təmin ediləcək.