"Cəmiyyətin səfərbər olması vacibdir" - Şahmar Mövsümov
    • 3-07-2020, 17:22
    • 899

"Cəmiyyətin səfərbər olması vacibdir" - Şahmar Mövsümov

"Bu gün əsas sual doğuran məsələ yoluxma sayının çoxalması ilə bağlıdır. Biz hamımız bir cəmiyyət kimi problemlə üzləşmişik".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bütün dünya bu gün pandemiyadan əziyyət çəkir:"Siz, biz, hansısa qrupar deyil, bunun üçün hamımız səfərbər olmalıyıq. Üç məhdudiyyətlə -məsafə saxlamaq, maska taxmaq, əlləri yumaqla mübarizə aparmalıyıq".

Ş.Mövsümov bildirib ki, pandemiya ilə əlaqədar ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi çətinliklərin qarşısının  alınması üçün müvafiq göstərişlər verilib: "Prezidentin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən hazırlanan Tədbirlər Planının həyata keçirilməsi bu gün davam edir. Sərt karantinin ikinci həftəsi tamamlanır, ancaq yoluxmanın səviyyəsi hələ də yüksək səviyyədə qalır. Biz bir çox hallarda karantin rejiminin nə dərəcədə sərt olmasının onun həyata keçirilməsindən asılı olduğunu, qaydalara əməl olunmasa, sərt karantin rejiminin nəticəsinin olmayacağını bildirmişik. Mən burada tərəfləri bölmək istəmirəm, cəmiyyət olaraq bu problemlə üzləşmişik. Azərbaycanın bu problemə qalib gəlməsi üçün cəmiyyətin səfərbər olması vacibdir. Vacib odur ki, mən nə etmişəm".

Afaq Mirayiq