Azərbaycanda yas mərasimində 84 nəfər KORONAVİRUSA YOLUXDU
    • 3-07-2020, 17:31
    • 707

Azərbaycanda yas mərasimində 84 nəfər KORONAVİRUSA YOLUXDU

Ölkədə qadınlar arasında yoluxma sayı daha çoxdur, 44 faiz təşkil edib. 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib. R.Bayramlı bildirib ki, hazırda koronavirus infeksiyasına yoluxmuş xəstələrdən 267 nəfəri reanimasiyada müalicə alır. Onun sözlərinə görə, xəstələrdən 59 nəfəri süni aparat ilə nəfəs alır.

R.Bayramlı vurğulayıb ki, yoluxmalar əsasən yas mərasimlərində aşkar olunub: "Elə olub ki, bir yas mərasimindən sonra 80 dən çox insan bir gündə koronavirusa yoluxub".

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 19 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8 212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Afaq Mirayiq