Ermənistanda koronavirusa yoluxan və ölənlərin sayı ARTDI
    • 4-07-2020, 12:31
    • 540

Ermənistanda koronavirusa yoluxan və ölənlərin sayı ARTDI

Ermənistanda koronavirusa yoluxanların sayı artıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytı məlumat yayıb.

Məlumata görə, son bir gündə Ermənistanda aşkar olunan koronavirus infeksiyası hallarının sayı 580 artaraq 27,9 minə çatıb, daha 8 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirus qurbanlarının sayı 477-yə yüksəlib.