-
- 3-10-2018, 10:17
- 2 153
"Papanın gül balası"nı, "Bu nə bəladır düşmüşük, Allah"ı sən meyxana hesab edirsən?" - Meyxanaçı Vüqardan gizlinləri açan MÜSAHİBƏ
- Vüqar bəy, bir neçə gün öncə meyxanaçılara çağırış xarakteri daşıyan açıqlamalarınız həmkarlarınız tərəfindən birmənalı qarşılanmayıb. Mehman Əhmədli və Namiq Qaraçuxurlunun cavablarıyla yəqin ki, tanışsınız. Qaraçuxurlu bildirib ki, Vüqar özünü nüfuzdan salıb, meyxanadan getsin...
- Mənim verdiyim açıqlamada kiminsə sənəti, şəxsiyyəti barədə pis heç nə yoxdur. Dediklərim sırf sənət naminədir. Kim necə başa düşürsə, o cür də cavab verib. Heç kim dediklərimlə bağlı şəxsən özümə münasibət bildirməyib. Özüm Namiq Mənaya zəng vurub təşəkkür etmişəm və demişəm ki, heç olmasa sən nə demək istədiyimi başa düşmüsən. Demişəm ki, gəlin bir yerə yığışaq, iş görək, meyxananı qaldıraq. Deməmişəm ki, kim niyə belə eləyir? Adam əvvəlcə sözün mahiyyətini başa düşər, sonra reaksiya verər. Amma bunlar nə edirlər? Sualdan yayınıb, sözlərini birbaşa mənə ünvanlayırlar. Təsəvvür edin, sizə deyirəm ki, bu nə saytdır açmısan? Cavab verirsən ki, sənin saytın nədir bəyəm? Sənə verdiyim sualın cavabını ver də. Bu, cavab deyil axı. Demişəm ki, sənət naminə birləşək iş görək. Kim mahnı oxuyur, kim duet ifa edir, özü bilər. Həmin müsahibədə haqqında danışdığım insanları ağız dolusu tərifləmişəm, barələrində yüksək fikirlər söyləmişəm. Bəs niyə o təriflərə reaksiya vermirlər? Mənim qırx dörd yaşım, sənətdə isə iyirmi beş ildən çox təcrübəm var. Özümdən cavana, özümdən böyüyə müraciət etməyə ixtiyarım da var, haqqım da. Haqqımda səsləndirilənlər də vecimə deyil. Bundan sonra hər kəs gedib öz işi ilə məşğul olsun. Muz TV-də meyxana haqqında beş veriliş hazırladım. Bir-iki nəfərdən başqa heç kim o aksiyaya qoşulmadı.
- Kimlər həmin aksiyaya qoşulmuşdu?
- Rəşad Dağlı, Balaəli qoşuldu. Ağamirzəni güc-bəlayla oraya gətirdim. Qoşulmasaydı ondan yaxşıydı. Dəfələrlə dedim ki, Ağamirzə, gəl, Ağasəlimlə bağlı veriliş hazırlayırıq, xatirəsini anırıq. Əlacsız qalıb gəldi. Pərviz Bülbülə aksiyaya qoşulmadı. Namiq Qaraçuxurlu prodüser vasitəsilə xəbər göndərdi ki, vaxtım olanda söhbət edərik. Namiq Məna indiyə qədər deyir ki, nə layihən varsa, oturaq, müzakirə edək.
- Namiq Məna açıqlamasında bildirib ki, siz sənətə gələndə dəstək olub...
- Bəli, Allah ondan razı olsun. Köməkliyi heç kim özü üçün minnət bilməsin. Sevinərəm ki, dostlarım mənə kömək edirlər, dəstək verirlər. Çox xahiş edirəm, fikirlərimi təhrif etmədən yaz. Novruz bayramında dörd-beş sağlam-salamat meyxanaçı tapıb efirə çıxartmaq olur. Ən azı bunların rejimi, səhhəti imkan vermir. Hansı ki, oturub çətin dili olan Xətainin, Nəbatinin qəzəlinə bir saat ərzində nəzirə yaza bilirlər. Onların neçə-neçə mahnıya yazdıqları sözləri müğənnilər oxuyur. Elə bilirsiniz o sözləri yazmaq asandır? Hamısı istedadlıdır. Heç birinin də istedadına, şəxsiyyətinə söz deməmişəm. Əgər elə başa düşürlərsə, "soğan yeməmisən..." məsələsidir. İkincisi, hamısı bilir ki, düz danışıram. Ona görə də sualdan yayınıb, mənə məsləhət verirlər ki, sənətdən getsin. Sənətə gələndə səndən icazə almışdım ki, sənətdən gedəndə də sənin məsləhətinlə gedim? Utanmaz-utanmaz deyib ki, Vüqar meyxana üçün nə edib? Vüqar "Azərbaycan rəqsləri", "Azərbaycan diyarı" yazıb, ənənələrini yada salıb, bəs sən nə yazmısan? "Papanın gül balası"nı, "Bu nə bəladır düşmüşük, Allah"ı sən meyxana hesab edirsən? Bəli, gözəl meyxanaçısan, gözəl zövqün, səsin, vaxtilə yaxşı təbin olub, meydanlarda demisən. Görürəm bir-iki nəfər də deyir ki, Vüqar arxamızca danışır. Bu sözləri hamısının üzünə demişəm. Deyirəm ki, Pərviz, gəl, bir dənə verilişə çıxaq. Deyir, qurban olum, toylarımı qurtarım, gəlirəm. Bilirəm ki, toyu yoxdur, sadəcə, gəlmək istəmir.
- Sizcə niyə gəlmək istəməsinlər ki?
- Yaxşı eləyir e, gəlmir. Amma sonra söz açılanda sənət üçün gördüyü işlərdən danışırlar. Biz nə vaxt bir yerə yığışıb meyxana üçün nəsə etmişik? Aşıqlar kimi birliyimiz, yazıçılar, bəstəkarlar, rəssamlar kimi ittifaqımız var? Biz də folklor sənətkarlarıyıq, amma sənət üçün nə iş görmüşük. Ayrı ayrılıqda hamının işi var.
- İstər efirdə, istər məclislərdə meyxana aləmində Ağamirzə və Mehman Əhmədli meyxana aləminin ağsaqqalı kimi göstərilirlər. Ola bilərmi ki, məhz sizin belə bir təşəbbüslə çıxış etməyiniz həmkarlarınız tərəfindən qəbul olunmur? Yəni, meyxananın öz ağsaqqalları var...
- Ona qalsa, Namiq Məna da bir-iki il əvvəl başlayıb. Müsahibəmdə Namiq barədə digərlərindən daha sərt danışmışam. Demişəm ki, nə var, bədiyyə cəmiyyəti yaradıb, kənara çəkilmisən. Namiq əsas sözü udub, əsas sözün mahiyyətinə varıb ki, Vüqar düz deyir. Namiq mənim sözümə belə reaksiya verir, amma sənin ağsaqqal dediyin karate müəllimləri-hərəsinin yanında neçə tələbəsi var-onlar birbaşa mənim özümdən danışırlar. O sözləri üzümə deyəydilər, mətbuata niyə deyirlər ki? Amma mən çağırış etmişəm.
- Karate müəllimi deyəndə Mehman Əhmədlini nəzərdə tutursunuz?
- Kim istəyir, özünə götürsün. Bu sözü məndən əvvəl də ona deyiblər. Deyir ki, tələbələrim var. Ancaq mən o sözü heç vaxt dilimə gətirmirəm. Kim bizə ustad deyirsə, sağ olsun. Ona qalsa, mənim də iki-üç tələbəm var. Məsələləri çox qurdalamayaq. Kim istəsə, qoşulacaq, qoşulmayanın da Allah işini avand eləsin. Bundan sonra deməyəcəyəm də. Muz TV-dən o vaxt məni çağırıb dedilər ki, sənə texnika da veririk, şərait də yaradırıq. Öz cibimin maliyyəsiylə Ağasəlim, Nizami Rəmzi, Molla Məmməd haqqında verilişlər elədim. Heç biri əlini cibinə salıb köməklik etmədilər, nə də işin bir qulpundan yapışmadılar, aksiyaya qoşulmadılar.
- Əgər həmkarlarınız bundan sonra da sizə qoşulmasa, aksiyanı davam etdirəcəksinizmi?
- Ölənə kimi davam etdirəcəyəm. Hələ bu nədir ki? Mən bu söhbətdən stimul aldım. Bundan sonra danışığımla yox, işimlə göstərəcəyəm. Bir zamanlar mənəm-mənəmlik ucbatından "Azdrama" dağıldı, tamaşaçısını itirdi. Bu, mənim fikrim deyil, bilənlərdən də soruşa bilərsiniz. Eyni vəziyyət bir çox məşhur ansambllarla, qruplarla bağlı da yarandı. İndi bizim meyxana sənəti də öz klassikliyini, kökünü və eyni zamanda tamaşaçısını itirir. O ki qaldı mənə, fikrimdən, yolumdan kimsə döndərə, ruhdan sala bilməz. Bu vaxta qədər işimlə kim olduğumu sübut etmişəm, bundan sonra da işimi davam etdirəcəyəm.
//Ölkə.az