“Mən səbr edirəm...” - SEVGİLİSİNİ DÖYƏN AKTYOR
    • 4-07-2020, 15:27
    • 740

“Mən səbr edirəm...” - SEVGİLİSİNİ DÖYƏN AKTYOR

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Ozan Güven gənc sevgilisi Deniz Bulutsuzü döyüb.   

News24.az-ın məlumatına görə bununla bağlı ilk dəfə danışan aktyor hüquqi prossesin bitməsini gözlədiyini vurğulayıb: “İctimaiyyətin diqqətinə təqdim edilir. Öncəliklə bir neçə gündür ki, cəmiyyətin vicdanında narahatlığa səbəb olan uğursuz olayın mövzusu və mərkəzində olmağımın kədərini yaşadığımı bilməyinizi istəyirəm. Açıqlama vermək ehtiyacım istəmədən səbəb olduğum bu məşğuliyyətə qarşı hiss etdiyim məsuliyyətdəndir. Zorakılıq heç bir vicdanda bəraət almaz. İstər fiziki, istər ruhi, istər sosial olsun, qəbul edilməməlidir, reaksiyaya layiqdir. Elə bu səbəbdən dəyərli ictimaiyyətdən hüquqi prosesin nəticələnməsini gözləməyi, ədalət qərarlarını və reaksiyalarını bu istiqamətdə vermələrini önəmlə rica edirəm. Mən səbr edirəm, lütfən, siz də səbr edin".

Sevda Bayramova