"Ticarət festivallarının təşkili Qaydası”nda dəyişiklik olundu
    • 4-07-2020, 16:39
    • 592

"Ticarət festivallarının təşkili Qaydası”nda dəyişiklik olundu

Ticarət festivallarının təşkili Qaydası”nda dəyişiklik edilib. 

News24.az-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin Kollegiyası qərar verib. 

Dəyişiklik Bakı Ticarət Festivallarında iştirak üçün qeydiyyat ərizəsində təqdim ediləcək sənədlərin siyahısı ilə bağlıdır. 

Dəyişiklikdən sonra siyahıdan iaşə xidmətlərini həyata keçirən şəxslər üçün sanitariya və yeyinti məhsullarının satışını həyata keçirməklə bağlı dövlət standartlarına uyğunluğu barədə təsdiqedici sənəd çıxarılıb. 

Qərar iyulun 1-dən qüvvəyə minib.