“Əfqanıstan mediası Talibanın senzura qılıncı altındadır”
    • 4-05-2024, 14:04
    • 252

“Əfqanıstan mediası Talibanın senzura qılıncı altındadır”

Əfqan Qadınlarının Siyasi İştirak Şəbəkəsi bildirib ki, Əfqanıstan mediası Talibanın “senzura qılıncı” altındadır.

News24.az xəbər verir ki, Ruksana Media qrup üzvləri dünən Dünya Mətbuat Azadlığı Günü münasibətilə İslamabad və Kabildə qapalı məkanlarda medianın, jurnalistlərin ifadə azadlığının ağır vəziyyətinə etiraz ediblər.

Qadınlar media senzurası, ifadə azadlığına qadağa və jurnalistlərin məlumat əldə edə bilməməsinin Əfqanıstanda medianın üzləşdiyi ən böyük problemə çevrildiyini bildiriblər.

Bəyanatda bildirilir ki, Talibanın hakimiyyəti gücləndirmək və informasiyaya nəzarət etmək cəhdləri səbəbindən media informasiya və ifadə azadlığına ciddi məhdudiyyətlərlə üzləşir.

Həmçinin Əfqanıstanda qadın jurnalistlərin həyat, iş təhlükəsizliyinin olmadığı və onların bir çoxunun ciddi iqtisadi problemlərlə mübarizə apardığı vurğulanıb.

Günel Məlikzadə