Helikopter qəzaya uğradı - ÖLƏN VƏ YARALANAN VAR
    • 6-07-2020, 09:43
    • 721

Helikopter qəzaya uğradı - ÖLƏN VƏ YARALANAN VAR

Rostov vilayətində şəxsi Mi-2 helikopterinin sərt enişi nəticəsində bir nəfərin ölüb, bir nəfər isə yaralanıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional qərargahının nümayəndəsi məlumat verib.

Bildiirlib ki, hadisə Kirsalovo kəndində meydana gəlib. Helikopter düyü sahələrinin emalı ilə məşğul olub. İlkin məlumata görə, qəzaya səbəb mühərrikdəki nasazlıq olub. Yaralı xəstəxanaya yerləşdirilib.

Hazırda xilasedicilər helikopteri düşdüyü sudan çıxarmağa çalışır.