-
- 6-07-2020, 09:57
- 1 524
Enerji içkilərinin ürəyə təsiri - KARDİOLOQDAN SOS!
Rusiyalı kardioloq hər kəsi enerji içkiləri istifadəsindən imtina etməyə çağırıb.
News24.az xəbər verir ki, həkim enerji ikilərindəki maddələrin katekolaminlərin - adrenalin, norepinefrin və dopaminin kəskin şəkildə artmına yol açdığını bildirib.
Kardioloq qeyd edib ki, stres hormonları tez bir zamanda konsentrasiyanı gücləndirir və səmərəliliyi artırır. Eyni zamanda sinir sistemi sürətlə zədələnir və ürəyin fəaliyyətini pozur:"Enerji içkiləri ilə diqqətli olmaq lazımdır. Həddindən artıq istifadə damar spazmları, qan təzyiqi və qan şəkərindəki yüksəlmələr, ürək aritmiyasına gətirib çıxarır".
Buna baxmayaraq həkim bildirib ki, dərs oxuyan zaman, imtahana hazırlaşanda, gecə saatlarında oyaq qalmaq lazım olduqda kiçik doza enerji içkisinin qəbulu yolveriləndir. Kardioloq bu içkilərin asılılıq yaratdığını xüsusi vurğulayıb.