-
- 7-07-2020, 12:42
- 692
Hindistan və Çinin xüsusi nümayəndələri arasında danışıqlar aparıldı
Hindistanın Xarici İşlər Nazirliyi Hindistan-Çin sərhəd bölgəsində baş verən son hadisələrə bağlı məlumat yayıb.
Hindistanın Azərbaycandakı Səfirliyindən News24.az-a verilən məlumata görə, Hindistan və Çinin xüsusi nümayəndələri arasında danışıqlar baş tutub.
Danışıqlara əsasən:
1. Hindistan və Çinin sərhəd məsələsi üzrə xüsusi nümayəndələri -Hindistanın Milli Təhlükəsizlik Müşaviri Şri Ajit Doval və Çinin Dövlət Katibi və Xarici İşlər Naziri Zati-aliləri cənab Vang Yi 5 iyul 2020-ci il tarixində telefon danışığı aparıb. Hər iki xüsusi nümayəndə Hindistan-Çin sərhəd bölgəsinin qərb hissəsində baş verən son hadisələrə dair səmimi və dərin fikir mübadiləsi aparıb.
2. Hər iki xüsusi nümayəndə Hindistan-Çin sərhəd bölgəsində sülh və əmin-amanlığın qorunmasının ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində vacib olduğunu və iki tərəf arasında fikir ayrılığının mübahisəyə səbəb olmasına yol verilməməsi üçün tərəflərin liderlərinin razılaşmaya rəhbərlik etməsini qəbul ediblər. Beləliklə, sülh və əmin-amanlığın tam şəkildə bərpası üçün faktiki sərhəd rolunu oynayan nəzarət xətti boyunca qoşunların qısa zamanda tamamilə geri çəkilməsi və Hindistan-Çin sərhəd bölgəsində gərginliyin azaldılmasının təmin edilməsinin zəruriliyinə dair razılığa gəldilər. Bununla əlaqədar olaraq hər iki tərəf faktiki sərhəd rolunu oynayan nəzarət xətti boyunca qoşunlarının geri çəkilməsi prosesini sürətlə başa çatdırmaq barədə razılığa gəliblər. Hər iki tərəf Hindistan-Çin sərhəd bölgəsində tədricən və mərhələli şəkildə münaqişənin sonlandırılmasını təmin etməlidir. Hər iki tərəfin faktiki nəzarət xəttinə ciddi şəkildə hörmətlə yanaşmalı olduğunu və status-kvonu dəyişdirmək üçün birtərəfli addım atmama və gələcəkdə sərhəd bölgələrində sülh və əmin-amanlığı poza biləcək hər hansı bir hadisənin baş verməməsi üçün birlikdə işləməli olduqlarınına dair bir daha bildirilib.
3. Hər iki xüsusi nümayəndə yuxarıda qeyd edilən nəticələrə nail olmaq üçün tərəflərin diplomatik və hərbi rəsmilərinin Hindistan-Çin sərhəd məsələsi üzrə Məsləhətləşmə və Əlaqələndirmə İşçi Mexanizmi (WMCC) çərçivəsində müzakirələri davam etdirmələri və əldə edilmiş uzlaşmanı vaxtında həyata keçirmələri barədə razılığa gəliblər. Xüsusi nümayəndələr həmçinin ikitərəfli müqavilə və protokollara uyğun olaraq Hindistan-Çin sərhəd bölgəsində sülh və əmin-amanlığın tam şəkildə və davamlı bərqərar olmasını təmin etmək üçün danışıqların davam etdiriləcəyinə dair razılığa gəliblər.