İndoneziya küçələri cəsəd iyi verir - FOTO
    • 3-10-2018, 13:00
    • 804

İndoneziya küçələri cəsəd iyi verir - FOTO

7.7 bal gücündə zəlzələ  və ardından baş verən sunami ilə sarsılan İndoneziyanın Sulavesi adasında ölənlərin sayı 1407-ə çatıb.

 Ölkədə dəhşətli vəziyyət yaranıb. Verilən xəbərlərə görə, küçələri cəsəd iylənir, vəziyyətdən çıxmaq üçün ölülərin kütləvi məzarlıqda basdırılmasına başlanılıb.

New24.az xəbər verir ki, sağ qalanlar aclıq və susuzluqla mübarizə aparır. Xəstəxanalar insan sıxlığı ilə əlaqədar yaralı və xəstələrə kömək etməkdə çətinlik çəkir.
Adada 66 min ev yarasız vəziyyətə düşüb. 

Zərərçəkən insanlara yardım fondundan 15 milyon  dollar köməklik ediləcəyi bildirilib.

Şəlalə Ağayeva