Son 6 ayda əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 324 min e-arayış verilib
    • 8-07-2020, 15:55
    • 599

Son 6 ayda əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 324 min e-arayış verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir. 

News24.az xəbər verir ki, bu ilin yanvar-iyun aylarında həmin xidmətlər vasitəsilə vətəndaşlara 324 min e-arayış verilib. E-arayışlar iş yerinə, əlilliyə, müavinət, pensiya, təqaüdlə, sosial yardımla təmin edilmə, fərdi uçot sistemində qeydiyyata alınma və s. barədə olub.

Ötən il Nazirlik  tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. 2020-ci ildə daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.