Koronavirusa yoluxanların sayı 12 milyonu keçdi - 550 MİNƏ YAXIN ÖLÜM
    • 9-07-2020, 09:46
    • 438

Koronavirusa yoluxanların sayı 12 milyonu keçdi - 550 MİNƏ YAXIN ÖLÜM

Dünyada koronavirusa yoluxma hallarının sayı 12 milyonu keçib.

News24.az xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb. Qeyd edilib ki, universitet yoluxmaları federal və yerli hakimiyyət orqanlarının, həmçinin media və digər açıq mənbələrin məlumatları əsasında hesablayır.

Ümumilikdə 12 milyon 007 min 327 nəfərdə koronavirus infeksiyası aşkarlanıb,  548 min 799 nəfər ölüb, 6 533 436 xəstə isə sağalıb.

Aşkar edilən yoluxma hallarının ən çox sayı ABŞ-dadır - 3 051 427. Sonrakı sırada Braziliya (1 713 160) və Hindistan (742 417) gəlir.