Sətəlcəm keçirən Atambayev - HƏBSXANAYA KÖÇÜRÜLDÜ

Sətəlcəm keçirən Atambayev - HƏBSXANAYA KÖÇÜRÜLDÜ Dünya
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev sətəlcəmdən sağalıb və xəstəxanadan yenidən Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına köçürülüb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib bu barədə qərar həkimlərin konsiliumunda verilib:"Keçmiş prezidentin vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. O, 24 saat həkimlərin nəzarəti altındadır".