İsmayıllıda "Green House" istirahət mərkəzində REYD KEÇİRİLDİ - FOTOLAR
    • 9-07-2020, 11:35
    • 1 811

İsmayıllıda "Green House" istirahət mərkəzində REYD KEÇİRİLDİ - FOTOLAR

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə rayon ərazisində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baş çəkib,  həmin obyektlərin sahibləri ilə maarifləndirici söhbətlər aparıblar.

Operativ Qərargahın tələb və tövsiyələrinə istirahət mərkəzlərində də  ciddi riayət edilməsinin vacibliyi həmin sahibkarların diqqətinə çatdırılıb.  İnsanların bir yerə toplaşmasının qarşısının alınması, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsi, eləcə də digər sosial izolyasiya qayddalarının təmin olunmasının zəruriliyi onlara bildirilib.