SON DƏQİQƏ: DİN vəzifəli şəxslərə qarşı əməliyyat keçirir - YENİLƏNDİ
    • 9-07-2020, 14:24
    • 891

SON DƏQİQƏ: DİN vəzifəli şəxslərə qarşı əməliyyat keçirir - YENİLƏNDİ

“Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb. Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir”.

News24.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.

V. Hüseynov bildirib ki, əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq. /APA/

***13:47
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi kənd təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.

Əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Saxlanılanların olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, əməliyyat barədə ictimaiyyətə geniş məlumat veriləcək./APA/ 

Əməliyyatla barədə ilk xəbəri "Qafqazinfo.az" saytı yayıb.