Müvəqqəti prezident KORONAVİRUSA YOLUXDU
    • 10-07-2020, 08:56
    • 515

Müvəqqəti prezident KORONAVİRUSA YOLUXDU

Müvəqqəti olaraq Boliviya prezidentinin vəzifələrini icra edən Janin Anyes  koronavirusa yoluxub.

News24.az “TASS”-a istinadən xəbər verir ki, bu barədəJ.Anyes onun özü məlumat verib. O bildirib ki, testinin nəticəsi müsbət olub:"Son həftə ərzində çox insanın koronavirusa yoluxduğunu nəzərə alaraq testdən keçdim. Nəticə isə müsbət oldu. Növbəti testdən keçənə qədər 2 həftə ərzində karantində qalacağam. Özünütəcrid rejimində işləyəcəyəm".