Abşeronda istirahət mərkəzində YANĞIN
    • 10-07-2020, 09:34
    • 573

Abşeronda istirahət mərkəzində YANĞIN

Abşeron rayonunda istirahət mərkəzinin ərazisində yanğın olub.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 50 m² olan mətbəxdə 1 ədəd pəncərə çərçivəsi və soyuducu yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Mətbəxin qalan hissəsi və istirahət mərkəzi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.